Birləşmiş Millətlər Təşkilatının açıqladığı yeni məlumatlara görə, Hindistan Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olub. SİA xarici mətbuata istinadən bildirir ki, BMT-nin Dünya Əhali İdarəetmə Panelinə əsasən, Hindistan əhalisinin sayı 1 milyard 428 milyonu ötüb. Çinin əhalisi isə 1 milyard 425 milyondur.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun 2023-cü il Dünya Əhalisinin Statusu Hesabatı dərc olunub.Hindistan əhalisinin ilin ortasına qədər Çini təxminən 3 milyon nəfər keçəcəyi bildirilən hesabatda Hindistan əhalisinin 1 milyard 428 milyona çatacağı təxmin edilir.
Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə 2022-ci ildə 800 min nəfər azalıb. Milli Statistika Bürosunun məlumatlarına görə, 2021-ci ildə 1 milyard 412 milyon 600 min nəfər olan Çin əhalisi, 2022-ci ildə 1 milyard 411 milyon 800 min olaraq qeydə alınıb.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə