Arxa pəncərəsi olmayan avtomobil təqdim edildi - FOTOLAR

Arxa pəncərəsi olmayan avtomobil təqdim edildi - FOTOLAR

Teslanın rəqiblərindən biri olan "Polestar" yeni modeli "4 EV Suv Coupe-ni" təqdim etdi. Maşının arxa şüşəsinin olmaması diqqəti özünə cəlb edir. SİA xarici mətbuata istinadən bildirir ki, Yeni "Polestar" 4544 at gücü və 400 kilovatdır. Sıfırdan 100 kilometrə 3,8 saniyəyə çata bilən avtomobil 560 kilometr sürətlə məsafə qət edə bilir.

D seqmenti olan avtomobilin salonu da genişliyi ilə diqqət çəkir.

Avtomobilin İngiltərədə 55 min sterlinq, Avropada 50 min avro, ABŞ-da 60 min dollardan başlayan qiymətlərlə satılacağı gözlənilir.

Avtomobili 2024-cü ildə yollarda görmək mümkün olacaq.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə