Braziliya prezidenti Lula da Silva Rumıniya Prezidenti Klaus İohannis ilə görüşündən sonra mətbuata açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Lula Rusiyanı "Ukraynanın ərazi bütövlüyünü pozmaqda" qınadığını bildirib. Açıqlamasında sülhü dəstəklədiyini ifadə edən Lula, “Hökumətim Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləsə də, biz münaqişənin danışıqlar yolu ilə siyasi həllinin tərəfdarıyıq. Müharibənin Avropa qitəsindən kənarda təsirləri ilə bağlı narahatlığımızı bildirdim. Biz təcili olaraq həm Ukrayna, həm də Rusiya ilə oturub sülhü bərqərar etməyə çalışacaq ölkələr qrupu yaratmalıyıq" deyə bildirib.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB