Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu ilin ortalarına qədər Hindistan əhalisinin Çini təxminən 3 milyon nəfər ötərək "dünyanın ən çox əhalisi olan ölkəsi" olacağını proqnozlaşdırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, BMT Əhali Fondunun “8 milyard həyat, sonsuz imkanlar: hüquqlar və seçimlər məsələsi” adlı “2023 Dünya Əhalisinin Vəziyyəti Hesabatı” dərc olunub.
Hindistan əhalisinin ilin ortasına qədər Çini təxminən 3 milyon nəfər keçəcəyi bildirilən hesabatda Hindistan əhalisinin 1 milyard 428 milyona çatacağı təxmin edilir.
Hesabatda Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya daxil olmaqla 8 ölkənin 2050-ci ilə qədər proqnozlaşdırılan qlobal əhali artımının yarısını təşkil edəcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB