Yeni Qvineyada zəlzələ olub

Papua Yeni Qvineyada 6,3 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Kandrian bölgəsindən 23 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.

İlk təsbitlərə görə, yerin 55,7 kilometr dərinliyində baş verən 6,3 bal gücündə zəlzələdə can və mal itkisi olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə