67 milyon illik Tyrannosaurus Rex (T-Rex) dinozavrının skeleti bir nəfər tərəfindən 6,2 milyon dollar qarşılığında alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avropada ilk dəfə T-Rex skeleti hərraca çıxarılıb.
11,6 metr uzunluğunda və 3,9 metr hündürlüyündə olan skelet "mövcud olan ən möhtəşəm T. rex skeletlərindən biri" kimi təsvir edilmişdi.
Keçən il T-Rex skeletinin hərracda 25 milyon dollara satılacağı gözlənilirdi. Lakin hissələrinin haradan gəldiyinə dair şübhələr yarandıqdan sonra satışdan çıxarıldı.
Satılan skelet “293 Trinity” adlanır. O, ABŞ-ın Montana və Vayominq ştatlarında qazılmış üç fərqli T-Rexdən yaradılmışdır. 2008-2013-cü illər arasında tapılan 293 fərqli sümükdən ibarətdir.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB