Ukrayna aprelin 21-də təmas qrupunun qarşıdan gələn iclasında Qərbdən zenit-raket komplekslərinin (ZRK) təcili çatdırılmasını istəyəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kiyev rus ordusunun “kütləvi bombardmanlara başlayacağından” ehtiyat edir. Təmas qrupunun görüşü ABŞ-ın Almaniyadakı Ramşteyn aviabazasında baş tutacaq. Qərb ölkələri ehtiyat edir ki, lazımi hava hücumundan müdafiə sistemi olmasa, Ukraynanın planlaşdırdığı əks-hücum uğursuzluqla nəticələnə bilər. Fevralın sonunda ABŞ "mayın 23-də Ukraynanın cəbhə xəttində öz qoşunlarını müdafiə etmək qabiliyyətinin tamamilə azalacağını" təxmin edib.
Bildirilib ki, qısa mənzilli hava hücumundan müdafiə mövzusu ukraynalılar tərəfindən getdikcə daha çox gündəmə gətirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB