FİBA Rusiyanı 2024-cü il Olimpiya seçmələrindən kənarlaşdırıb

FİBA Rusiyanı 2024-cü il Olimpiya seçmələrindən kənarlaşdırıb

Beynəlxalq Basketbol Federasiyası olan FİBA Rusiyanın 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının seçim mərhələsində iştirak etməyəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yazılı açıqlamada 2024-cü il Paris Olimpiadasının seçmə mərhələsində iştirak edəcək milli komandalar açıqlanıb.

Rusiya Ukraynaya hərbi müdaxiləsi səbəbilə siyahıda yer almayıb.Onun yerinə Bolqarıstan seçmələrdə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə