Yanğında ölənlərin sayı 29- a çatıb

Yanğında ölənlərin sayı 29- a çatıb

Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında həyatını itirənlərin sayı 29-a yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünən günortadan sonra "Pekin Changfing " Xəstəxanasında baş verən yanğında daha 8 nəfərin öldüyü bildirilib.

Beləliklə, ölənlərin sayı 29-a yüksəlib.
Dünən günorta saatlarında baş verən yanğından sonra bölgəyə yanğınsöndürənlər və təcili yardım qrupları göndərilib, 71 xəstə xilas edilərək təxliyə edilib.
Yanğının səbəbi hələ müəyyən edilməsə də, faktla bağlı araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə