Nyu-Yorkda bina çöküb

Nyu-Yorkun Manhetten məhəlləsində bina çöküb. Şəhərin yanğından mühafizə xidmətinin məlumatına görə, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, qəza yerində xilasedicilər işləyir. Yerli sakinlərin sosial şəbəkələrdə yerləşdirdiyi kadrlarda onlarla avtomobilin olduğu tikilinin uçduğu görünür. Bəzi şahidlərin sözlərinə görə, bundan əvvəl onlar partlayışa bənzər səs eşidiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə