ABŞ-da üç ayrı bölgədən tapılan 300-ə yaxın sümükdən yığılmış tiranozavr skeleti İsveçrədə hərraca çıxarılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki , "Üçlük" adlandırılan və 293 sümükdən yığılan skelet Sürixdə 4,8 milyon franka (5,3 milyon dollar) satılıb.
Ətyeyən dinozavrlar cinsinə daxil olan tiranozavr reks skeletinin uzunluğu 11,6, hündürlüyü 3,9 metrdir.
Skeleti toplayan komanda onun daha baha qiymətə satılacağını gözləyirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB