Avropa Parlamenti Kosovo pasportu sahiblərinin Avropa İttifaqına vizasız gediş-gəlişinə icazə verilməsi qərarını təsdiqlədi.
SİA-nın əldə etdiyi məlumata görə, Avropa Parlamenti Baş Assambleyasında səsvermədən sonra verilən yazılı açıqlamada bildirilir: “Kosovo vətəndaşlarına Avropa İttifaqına, Avropa İttifaqı vətəndaşlarına isə hər hansı 180 günlük müddətdə 90 günə qədər viza tələb etmədən Kosovoya səyahət etmək icazəsi verilir”.
Beləliklə, bütün Qərbi Balkanlar bölgəsi Avropa İttifaqınin vizasız səyahət zonası Şengen ilə viza azadlığı əhatəsinə daxil edildi.
Qərar rəsmi qəzetdə dərc edildikdən sonra Avropa Səyahət Məlumatı və Səlahiyyət Sisteminin (ETİAS) fəaliyyətə başladığı tarixdə və ya 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək.
Xatırladaq ki, Kosovo digər Qərbi Balkan ölkələri ilə birlikdə 2003-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa İttifaqı Liderlər Sammitində "potensial namizəd" ölkə elan edilmişdi. Ölkənin 2008-ci ildə Serbiyadan birtərəfli qaydada elan etdiyi müstəqilliyini hazırda 5 Avropa İttifaqı üzvü, o cümlədən Yunanıstan, Rumıniya, Slovakiya, İspaniya və Cənubi Kipr tanımır.
Kosovo 2022-ci ilin dekabrında Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB