“İsrailin İrana ən kiçik hərəkəti Hayfa və Təl-Əvivin dağılmasına səbəb olar”
İran prezidenti İbrahim Rəisi bildirib ki, İsrailin ölkəsinin təhlükəsizliyinə qarşı ən kiçik hərəkəti Hayfa və Təl-Əvivin dağıdılmasına gətirib çıxarar.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, paytaxt Tehranda keçirilən Ordu Günü paradında etdiyi çıxışında İran ordusunu “İnqilab əleyhdarı ünsürlər, təkfirçi qruplar və düşmənlər qarşısında güclü maneə” adlandıran Rəisi deyib: “Başda ABŞ olmaqla qeyri-regional qüvvələr Yaxın Şərqdə sabitszliyə səbəb olub və onlar dərhal bölgəni tərk etməlidir. İran Silahlı Qüvvələrinin bölgədə olması təhlükəsizliyə töhfə verir.
İsrail hökumətinin – düşmənlərin, xüsusilə sionist rejimin İrana qarşı hücum təhdidi, ölkəmizə qarşı ən kiçik bir addımı İran Silahlı Qüvvələrinin sərt reaksiyası - Hayfa və Təl-Əviv şəhərlərinin dağıdılması ilə nəticələnər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB