Moskva doğumlu müğənni, “Noqu svelo!” qrupunun rəhbəri Maksim Pokrovski (Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) ABŞ-dakı konsertindən Ukraynaya pul köçürəcəyini vəd edib.
O, bu barədə İnstaqram səhifəsində məlumat verib (sosial şəbəkə Rusiya Federasiyasında qadağan edilib; Rusiyada ekstremist kimi tanınan və qadağan olunmuş Meta korporasiyasına məxsusdur).
Qeyd edək ki, sənətçinin öz qrupu ilə sentyabrın 29-da Nyu-Yorkda çıxışı planlaşdırılır. O, tədbiri “Xarici agentin şousu” adlandırdığını, həmçinin ukraynalı qaçqınlar üçün endirimlər elan etdiyini deyib.
Pokrovski “tanış və rahat bir məkanda” “The Cutting Room”da baş tutacaq konsertin satışlarını elan edib. Bundan əvvəl, yəni konsertdən əvvəl musiqiçi “Meet & Greet”-də tamaşaçılarla görüş keçirməyi də planlaşdırır.
Yeri gəlmişkən xatırladaq ki, martın 31-də Rusiya Ədliyyə Nazirliyi “Noqu svelo!” qrupunun lideri musiqiçi Maksim Pokrovskini, siyasətçi Sergey Boykonu, jurnalist Georgi Çentemirovu, “Sosial texnologiyaların istixanası” layihəsini, “Bərabərlik naminə Heteroseksuallar və LGBT Alyansı” ictimai birliyini , həmçinin “Real Rusiya” assosiasiyasını xarici agentlərin reyestrinə daxil edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB