Almaniyada naməlum şəxs idman salonunda 4 nəfəri bıçaqlayıb

Almaniyada naməlum şəxs idman salonunda 4 nəfəri bıçaqlayıb

Çərşənbə axşamı naməlum şəxs Almaniyanın Duysburq şəhərində (Şimali Reyn-Vestfaliya əyaləti) idman zalına daxil olaraq 4 nəfəri bıçaqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli polisdəki mənbələrə istinadən Bild qəzeti məlumat yayıb.

Hücum edən şəxs qaçıb, hadisənin motivləri barədə məlumat verilməyib.

Polis şəhərin mərkəzində əməliyyat keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə