Bu ilin təkcə yanvar-mart aylarında təxminən 2400-dən artıq rusiyalı sığınacaq üçün Almaniyaya müraciət edib. Maraqlıdır ki, müraciətlərin sayında artım 19 yaşdan 30 yaşa qədər olan gənclər qrupunda qeydə alınıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Table.Media” informasiya xidməti Miqrantlar və Qaçqınlar üzrə Federal İdarəyə istinadən xəbər verir.
2023-cü ilin ilk üç ayında, demək olar ki, bütün 2022-ci ildə olduğundan daha çox ərizə təqdim edilib. Departamentə martın sonunda 2381 müraciət qeydə alınıbsa, ötən il onların sayı 2851 olub, müraciət edənlər arasında kişilərin xüsusi çəkisi də artıb.
Ekspertlər bunu Rusiyada yeni səfərbərlik dalğası qorxusu ilə əlaqələndirirlər. Qeyd edək ki, bu il müraciətlərin 64 faizi kişilərdən olub.
Bu arada departamentin nümayəndəsi “Table.Media”ya izahat verib ki, səfərbərlikdən imtina edən və Putinin müharibəsində iştirak etmək istəməyən kişilər Almaniyadan sığınacaq üçün müraciət edə bilərlər. Bir qayda olaraq, bu halda onlar beynəlxalq müdafiə alırlar. Bu səbəbdən neçə nəfərin müraciət etdiyi barədə məlumat verilmir.
Onu da qeyd edək ki, indi ruslar vətəndaşları Almaniyadan sığınacaq üçün müraciət edən ölkələr qrupunda yeddinci yerdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB