Sudan ordusu açıqlama verdi

Sudan ordusunun sözçüsü Nabil Abdullah aprelin 15-dən bəri Sudanda baş verən hadisələrin siyasi fikir ayrılığı deyil, hökuməti ələ keçirməyə çalışan çevriliş cəhdi olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sudan ordusunun sözçüsü Nabil Abdulla dövlət televiziyasına müsahibəsində bildirib.
"Bu bəla xüsusi təyinatlı qüvvələrin paytaxt və əyalətlərdəki qüvvələrinin səfərbər olunması, onun rəhbərliyinin ölkə daxilində və xaricində şübhəli hərəkətləri ilə başladı. Şənbə günü yerli vaxtla saat 9-da üsyançı milislər ilə silahlı qüvvələrimiz arasında gərginlik yaşanıb. Paytaxtın Erkevit rayonundakı İdman Şəhəri kompleksi, eyni zamanda şimaldakı Meravi hava limanındakı qüvvələrimizə hücum edildi.Bu hadisələr siyasi fikir ayrılığı deyil, hakimiyyəti ələ keçirməyə çalışan çevriliş cəhdidir.Həmin gün də bu qüvvələr ölkədəki bütün hərbi obyektləri, o cümlədən ordunun paytaxtdakı baş komandanlığını ələ keçirməyə cəhd etdi. İndi onların hamısı bizim nəzarətimizdədir. Bu, ilk uğurlu mərhələ idi. Həmin mərhələdə xüsusi təyinatlı qüvvələrinin üzvlərinin əksəriyyəti təslim oldu. Dünənki toqquşmalar yalnız ordu qərargahı və hava limanı ətrafında baş verib. Biz əməliyyatları genişləndirmək istəmədik ki, vətəndaşlarımız zərər görməsin, dinc sakinlər həlak olmasın. İndi üsyançı qüvvələr paytaxtdan qaçmağa çalışır. Onları təqib edərək və əməliyyatları genişləndirərək ikinci mərhələyə keçəcəyik'',-deyə Nabil Abdullah qeyd edib.Nabil Abdullah xüsusi təyinatlı qüvvələrinin üzvlərinə müraciət edərək deyib:"Biz bilirik ki, siz Sudanın oğullarısınız. Ölkənin öz oğullarının bir-birinə silah çəkməsi heç kimə xeyir gətirməz. Biz onları təslim olmağa çağırırıq. Sudanın təhlükəsizlik və hərbi quruluşunun bir hissəsi olmaq istəyirlərsə, silahlı qüvvələrə qoşulmalıdırlar. Onların bu planın və ölkənin maraqları ilə heç bir əlaqəsi olmayan şəxsi planların bir hissəsi olmasını istəmirik''.

Digər tərəfdən ordudan verilən açıqlamada Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhanın xüsusi təyinatlı qüvvələrinin zabit və əsgərləri arasında silahı yerə qoyanları əfv edən fərman yayımladığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə