Martda Rusiyadan Gürcüstana 214 milyon dollar köçürülüb

Martda Rusiyadan Gürcüstana 214 milyon dollar köçürülüb

Martda Rusiyadan Gürcüstana 214 milyon dollardan çox vəsait köçürülüb, Gürcüstan Milli Bankı bildirib. Bu, digər dövlətlərdən daxil olan bütün pul köçürmələrinin 49 faizini təşkil edir.

İkinci yerdə İtaliyadır. Belə ki, bu ölkədən Gürcüstana 43 milyon dollar köçürülüb. MBQ vurğulayır ki, bu ilin mart ayında 2022-ci ilin mart ayı ilə müqayisədə pul köçürmələrinin artımı 127 faiz təşkil edib.

Bu, ilk növbədə, Rusiyadan transferlərin artması ilə bağlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, pulu alanlar əsasən Rusiyanın Ukraynaya təcavüzü başlayandan Tbilisi və Batumiyə köçmüş Rusiya vətəndaşlarıdır.

Maraqlıdır ki, Gürcüstana köçən rusların dəqiq sayı hələ də qeyri-müəyyəndir və bu, ilk növbədə, yerli hakimiyyət orqanlarının müxalifətdən gizlətmək cəhdləri ilə bağlıdır.

Qeyd edək ki, müxalifət hakim “Gürcü arzusu” partiyasını “Rusların axınını Kremlin beşinci sütununun dayağı kimi qəbul etməkdə” ittiham edir.

Amma qeyri-rəsmi məlumatlara görə, Gürcüstana gələn rusların sayı 120 mini ötüb. Onlar əsasən sürətli pul köçürmə sistemlərindən istifadə edirlər, çünki Gürcüstan Milli Bankı rusiyalılara yerli banklarda hesab açmaq üçün bir sıra məhdudiyyətlər tətbiq edib. Bundan əlavə, rusların digər dövlətlərin vətəndaşlarından fərqli olaraq eyni vaxtda 2 min dollardan artıq pul almaq hüququ yoxdur. Buna görə də çoxları köçürmələri bir neçə tranşa bölürlər.

Yeri gəlmişkən, Ukraynada müharibə başlayandan və Rusiya vətəndaşlarının köçürülməsindən sonra Gürcüstanda daşınmaz əmlak həm ilkin, həm də təkrar bazarlarda kəskin şəkildə bahalaşıb.

Bundan əlavə, orta hesabla 40-50 faiz bahalaşan milli valyuta, həm də il ərzində 20-22 faiz möhkəmlənib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə