Türkiyə Dəmiryol Sistemləri Vasitələri Sənayesi Qurumu – TÜRASAŞ-ın Eskişehir fabrikində yerli və milli imkanlarla hazırlanan E5000 tipli elektrik lokomotivi aprelin 18-də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək kütləvi açılış mərasimində suya buraxılacaq. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Dəmiryol sistemlərində xarici ölkələrdən texnoloji asılılığı aradan qaldıracaq elektrik lokomotivi Türkiyədə indiyə qədər yerli istehsal olan çəkmə sisteminə malik ən güclü vasitə olacaq.
Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (TCDD) ehtiyaclarına uyğun olaraq hazırlanmış 5 meqavatlıq (MW) E5000, Avropa İttifaqı Dəmir Yollarında Birlikdə İşlənə Bilən Texniki Spesifikasiya (TSI) sənədi ilə də diqqət çəkir.
Yük və sərnişin daşıya bilən E5000 saatda 140 kilometr sürətlə hərəkət edən yeni nəsil elektrik magistral lokomotivi kimi seçilir.
Digər tərəfdən, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez TÜRASAŞ-ın Eskişehir fabrikində yerli və milli qaynaqlarla hazırlanan E5000 tipli elektrik lokomotivi ilə əlaqədar "Xaricdən bir vaxt aldığımız məhsulları artıq öz daxili və milli imkanlarımızla istehsal edə bilirik. Bu, son dərəcə sevindirici haldır.
Prezident Ərdoğanın iştirakı ilə Eskişehirdə yüzlərlə obyekt açılacaq. Onların hamısı bir-birindən qiymətlidir, lakin bir neçəsi Türkiyə üçün son dərəcə əhəmiyyətlidir. Mədən sahəsinə gəlincə, biz 2022-ci ildə Beylikovada nadir torpaq elementləri kəşf etdik. Bu, dünyada ikinci ən böyük nadir torpaq elementi ehtiyatıdır. Orada pilot zavod yaradılıb. Ümid edirəm ki, o da açılacaq. Sonra E5000 elektrovozunun açılışını edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB