Rusiya Dövlət Duması dövlətə xəyanətə görə ömürlük həbs cəzası haqqında qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib. İndi bu cinayət maddəsi 12 ildən 20 ilədək həbs cəzası və 500 min rubla qədər cərimə nəzərdə tutur. Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra belə işlərlə bağlı mühakimə olunanların sayı artıb.
Qanun həmçinin təxribat və terrorizmlə bağlı maddələr üzrə cinayət məsuliyyətini gücləndirir və Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatların qərarlarının icrasına köməklik etməyə görə cəza müəyyən edir.
Deputatlar mövcud qanunvericilikdə terror aktlarının törədilməsinə görə maksimum müddətin 15 ilə deyil, 20 ilə qaldırılmasını təklif edirlər. Terrorçu fəaliyyətə yardımla bağlı maddədə minimum həbs həddinin 5 ildən 7 ilədək artırılması, terrorçuluğa yardıma görə minimum cəzanın isə 10 ildən 12 ilə qaldırılması təklif edilir.
Terror birliyində iştiraka görə cəza da sərtləşdirilir. İndi bu maddə ilə 10 ildən 15 ilə qədər həbs cəzası ala bilər.
SİA-nın əldə etdiyi məlumata görə, təxribatla bağlı cinayət maddəsi ilə bağlı cəza da sərtləşir. İndi nəqliyyat infrastrukturuna və əhalinin həyat təminatına zərər vurmaq məqsədi daşıyan hərəkətlərə görə cəza törədəni 20 ilədək həbs cəzası gözləyir.
Qanunda həmçinin “Rusiya Federasiyasının iştirak etmədiyi beynəlxalq təşkilatların və ya xarici dövlət orqanlarının Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin cinayət təqibinə dair qərarlarının icrasına köməklik göstərilməsi” ilə bağlı yeni cinayət maddəsi də təqdim edilir.
Bunun üçün cəza beş ilədək həbs və ya 300 mindən bir milyon rubla qədər cərimə nəzərdə tutur.
Yeri gəlmişkən, 2022-ci ildə Rusiya məhkəmələri dövlətə xəyanət maddəsi üzrə 11 hökm çıxarıb. Onlardan bir neçəsi Ukrayna xüsusi xidmət orqanlarına işləmək ittihamı ilə bağlıdır.
Ümumilikdə 1997-2021-ci illərdə 117 nəfər dövlətə xəyanətdə ittiham olunub. Onların arasında 2004-cü ildə Çinin xeyrinə dövlətə xəyanət cəhdi ittihamı ilə on il müddətinə azadlıqdan məhrum edilmiş Primorsk diyarının əsgəri İqor Lukin də var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB