Kreml bundan xəbərsizdir?

Kremlin Fransanın Rusiya və Ukrayna arasında danışıqlara hazırlıq planından xəbəri yoxdur. Bunu aprelin 18-də Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Fransa lideri Emmanuel Makronun Çinə səfəri zamanı bəzi elementləri səsləndirdiyinə dair həqiqətən də bəzi məlumatlar var. Lakin indiyədək onlar heç yerdə göstərilməyib.

“Biz Fransanın hər hansı planının mövcudluğundan xəbərsizik və buna görə də Fransa tərəfdən heç nə almamışıq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi deyib.

Xatırladaq ki, Çin prezidenti Si Cinpinq Emmanuel Makronu Ukraynadakı münaqişənin həlli ilə bağlı konkret planını təqdim etməyə dəvət edib.

“Bloomberg”in məlumatına görə, Fransa prezidentinin müşaviri Emmanuel Bonn Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi ilə birlikdə Moskva və Kiyev arasında gələcək danışıqlar üçün əsas olacaq proqram hazırlayacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə