Entoni Blinken Sudanda yaşanan hadisələri qiymətləndirib

Entoni Blinken Sudanda yaşanan hadisələri qiymətləndirib

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken dünən Sudanda Amerikanın diplomatik konvoyuna atəş açıldığını bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, BBC-nin yaydığı xəbərə görə, G7 Xarici İşlər Nazirləri toplantısı üçün Yaponiyada səfərdə olan Entoni Blinken Sudanın paytaxtı Xartumda baş verən hadisədə ölən və ya xəsarət alanın olmadığını, lakin hücumun qəbuledilməz olduğunu tərəflərə bildirdiklərini ifadə edib.
"Bu hərəkət ehtiyatsızlıq, məsuliyyətsizlik idi" deyən Entoni Blinken hücum zamanı konvoyda olanların təhlükəsizliyinin təhlükə altında olduğunu bildirib.
Hadisə ilə bağlı istintaqın davam etdiyini qeyd edən Entoni Blinken ilkin məlumata əsasən, hadisəyə HDK əsgərlərinin də qarışdığını bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi də davam edən təhlükəsizliklə bağlı problemlərə və Xartum hava limanının bağlanmasına baxmayaraq indiki mərhələdə ABŞ əməkdaşlarının Sudandan evakuasiya edilmələri ilə bağlı planın olmadığını deyib.
Avropa İttifaqının (Aİ) Xartumdakı irlandiyalı səfiri Aidan O'Hara öz iqamətgahında hücuma məruz qalıb, lakin ciddi xəsarətlər almayıb.
Qeyd edək ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) adlanan paramiliter qüvvə arasında qarşıdurmalar yaşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə