Hindistanın "Maharaştra" əyalətində mərasimə qatılan 13 nəfər günvurma nəticəsində dünyasını dəyişib. SİA Hindistan mətbuatına istinadən bildirir ki, ötən gün ölkənin qərbindəki Maharaştra ştatının Navi Mumbay şəhərinin "Kharqhar" rayonunda açıq ərazidə mükafatlandırma mərasimi keçirilib.
Hava istiliyinin 38 dərəcə olduğu bölgədə mərasim iştirakçılarının istidən halı dəyişib, çoxlu qadın huşunu itirib.
Mərasim zamanı yaşları 30-64 arasında olan 9-u qadın olmaqla 13 nəfər günvurma nəticəsində dünyasını dəyişib.
Günvurma nəticəsində xəstəxanaya yerləşdirilən 20-dən çox insandan səkkizinin müalicəsi davam edir.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB