Tibb dünyasında əhəmiyyətli yenilik baş verdi

Tibb dünyasında əhəmiyyətli yenilik baş verdi

Dəqiq müalicəsi olmayan miqren üçün tibb dünyasında əhəmiyyətli bir yenilik baş verdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, miqreni aradan qaldıra bilən, sürətlə sorulan burun spreyi istehsal edilmişdir. Sprey ABŞ Qida və Dərman İdarəsi tərəfindən təsdiqlənib.

ABŞ-ın dərman istehsalçısı "Pfizer" tərəfindən hazırlanan "Zavzpret" burun spreyinin 2023-cü ilin iyul ayında apteklərdə satılacağı gözlənilir.

Dərmanın klinik sınaqları zamanı bəzi miqren xəstələrinin ağrıları və digər narahatedici simptomları 15 dəqiqə ərzində kəsilib.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə