Sudanda silahlı qarşıdurma davam edir. SİA xarici mətbuata əsasən bildirir ki, Türkiyə vətəndaşı Kubilay Dadukun 2 yaşlı qızı Elin evinə raket atılması nəticəsində dünyasını dəyişib.
Sudan ordusu ilə ordunun qiyamçı elan etdiyi Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir. Bununla yanaşı, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Sudandakı səfirinin iqamətgahında hücuma məruz qaldığını bildirib.
Borrell hücuma məruz qalan bürokratın adını çəkməsə də, Aİ-nin Sudandakı səfiri irlandiyalı diplomat Aidan O'Haradır. Josep Borrell səfirin vəziyyətinin yaxşı olduğunu bildirib.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB