Yaponiyanın baş nazirinə qarşı sui-qəsd törədilib

Yaponiyanın baş nazirinə qarşı sui-qəsd törədilib

Yaponiyanın baş naziri Kişida Fumioya qatıldığı proqram zamanı sui-qəsd cəhdi edilib. SİA xarici mətbuata əsasən xəbər verir ki, Fumionun olduğu yerə boru tipli bomba atılıb. Bombanın atılması təşvişə səbəb olub. Bomba 50 saniyədən sonra partladığı üçün Fumio bölgədən sağ-salamat çıxarılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Baş nazir kürsü yaxınlığında olarkən bir nəfər həmin istiqamətə əşya atıb. Metal boruşəkilli bomba yerə dəyərkən gurultulu səs çıxarıb. Ətrafda yaranan qarışıqlıq zamanı Fumio ərazidən uzaqlaşdırılıb. Bomba 50 saniyədən sonra partlayıb.

Fumio xəsarət almasa da hadisəni törədən şəxs saxlanılıb.

Xatırladaq ki, ölkənin keçmiş baş naziri Şinzo Abenin ötən ilin iyul ayında sui-qəsd nəticəsində öldürülmüşdü.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə