Suriya səfiri Türkiyə ilə münasibətlərindən danışdı

Suriya səfiri Türkiyə ilə münasibətlərindən danışdı

Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, rəsmi Dəməşqin Ankara ilə yaxşı münasibətlərə malik olmaq istədiyini bəyan edib.

"Türkiyə bizim qonşumuzdur. Bu ölkə ilə yaxşı münasibətlərin tərəfdarıyıq. Xalqlarımız arasında qarşılıqlı maraqların və əlaqələrimizin çətinə düşməsini istəmərik", - deyə o qeyd edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə