Sakit okeanın cənubunda Fici adalarında 6,6 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Suva şəhərindən 471 kilometr cənubda olduğunu açıqlayıb.
İlkin məlumata görə, yerin 562 kilometr dərinliyində baş verən 6,6 bal gücündə zəlzələdə can və mal itkisi olmayıb.
Zəlzələdən sonra “sunami” xəbərdarlığının olmadığı bildirilib.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB