Hindistan əhali sayına görə Çini keçib

Hindistan əhali sayına görə Çini keçib

Hindistan əhali sayına görə Çini keçib. SİA xəbər verir ki, bunu "World Population Review" təşkilatının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 22:14-də Hindistanın əhalisi 1 milyard 425 milyon 943 min 916 nəfər, Çinin əhalisi 1 milyard 425 milyon 743 min 834 nəfər olub. Saytda Hindistan üçün rəqəmlər daha sürətli dəyişir.

Qeyd edək ki, 2022-ci ildə Çin dünyada əhali sayına görə birinci yerdə olub. Onun əhalisi 2022-ci ilin sonunda 1 milyard 425 milyon 887 min 337 nəfər, Hindistanda isə 1 milyard 417 milyon 173 min 173 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə