ABŞ hərbçiləri qəzaya uğradı - 7 hərbçi yaralanıb

ABŞ hərbçiləri qəzaya uğradı - 7 hərbçi yaralanıb

Aprelin 17-də Almaniyada ABŞ ordusuna məxsus bir neçə hərbi maşın toqquşub. SİA xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

Hadisə nəticəsində 7 hərbçi yaralanıb. Qəza Bavariyada Amberg şəhəri yaxınlığında baş verib.

Polisdən alınan ilkin məlumata görə, avtobanda baş verən qəza nəticəsində biri ağır olmaqla 7 əsgər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə