Rusların ukraynalılara qarşı istifadə edə biləcəyi İranın yeni “Miraj-532” pilotsuz təyyarələri “Şahed-136” kamikadze pilotsuz təyyarələrindən bir qədər uğursuzdur.(?)
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu hərbi pilot-təlimatçı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan bildirib.
Hərbçiyə görə, bu pilotsuz təyyarələrin döyüş hissələri demək olar ki, eyni olsa da, amma “Miraj” “Şahed”dən daha qısa məsafə qət edə bilir.
“Miraj-532”-nin də “Şahed-136” kimi səs-küylü olduğunu deyən Svitan, Ukrayna əsgərlərinin onları səmada asanlıqla aşkar edib aradan götürə biləcəklərini istisna etməyib.
“Miraj”ların “Şahed”dən iki dəfə ucuz olduğunu söyləyən Svitana görə, “Miraj”ların “qanadlı raketlər”də hesab etmək olar.
Onun dediyinə görə, “Miraj-532”lər, Şaheda-136-dan bir qədər uğursuz olan uçan aparatlardır.
Bu aparatlar daha qısa bir məsafəyə - hardasa 400-450 kilometrə qədər uça bilir. Bundan əlavə bu aparatların döyüş başlıqları da təxminən eynidir. Belə ki, “Miraj-532”lər eynilə “Şahed” kimi cıvıldayır, lakin təyyarə tipli qanadlara görə “Şahed”ə nisbətən daha böyük təsirli dispersiya sahəsinə malikdir, buna görə də lokator ekranlarında “Şahed”dən daha yaxşı görünə bilər, daha yaxşı eşidilir”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB