Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində yüksək profilli pensiya islahatı qanununun 2023-cü ilin payızında qüvvəyə minəcəyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
Maraqlıdır ki, Makron islahatın cəmiyyət tərəfindən “aydın şəkildə” qəbul edilmədiyini qeyd edib və “bu barədə konsensusun tapılmamasından” təəssüfləndiyini bildirib.
Xatırladaq ki, dövlət başçısı sənədi aprelin 15-də imzalayıb. Onun ilk tədbirləri bu il sentyabrın 1-dən qüvvəyə minəcək. Bu, pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.
Yeri gəlmişkən Fransada pensiya islahatına qarşı kütləvi küçə etirazları yanvarın sonundan bəri davam edir. Makronun dediyi kimi, böhran fonunda eyni həyat səviyyəsini saxlamaq və pensiya almaq üçün fransızlar daha çox çalışmalı olacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB