Uşaqları qətlə yetirdiyini etiraf etdi

Ukrayna Baş Prokurorluq "Vaqneritlər"lə müsahibə əsasında iş açıb
Uşaqları qətlə yetirdiyini etiraf etdi

Baş Prokurorluq “Vaqneritlər”in Ukraynada hərbi cinayətlər törətməsi ilə bağlı video etiraflarının dərci ilə bağlı araşdırmaya başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “telegram kanallarından biri “Vaqner” PMC adlanan təşkilatın üzvləri ilə müsahibə dərc edib. Bu müsahibə zamanı sonuncular dinc əhalinin, o cümlədən uşaqların, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirlərinin öldürülməsi barədə məlumat yayıblar.

Ukrayna tərəfinin verdiyi məlumata görə, “vaqnerçi”lərin müsahibə zamanı verdiyi etiraflar cinayət işi çərçivəsində yoxlanılacaq.

Bundan əlavə, Baş Prokurorluq xatırladıb ki, Ukrayna Rusiya üçün döyüşən “özəl hərbi şirkətlərin” yaraqlılarına qarşı bir sıra işləri araşdırır. Şübhəlilər arasında “Vaqner” PMC-nin rəhbəri və onun bölmələrindən birinin rəhbəri də var. Onlar təcavüzkar müharibə aparmaqda və Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunurlar.

Yeri gəlmişkən, bu gün səhər saatlarında Rusiyanın insan haqları layihəsi “qulaqu.net” iki “Vaqnerit”lə videomüsahibə dərc edib. Videomüsahibədə 42 yaşlı Əlzamət Uldarov son vaxtlara qədər “Vaqner” qrupunun bölmələrindən birinin komandiri olub. O, Baxmutda doqquz mərtəbəli binanın zirzəmisində bir neçə yüz dinc sakini öldürdüyünü etiraf edib. Onun dediyinə görə, öldürülənlər arasında onlarla uşaq da olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə