Rusiya Federasiyasının Kursk vilayətində 2023-cü ilin aprel ayının əvvəlində orduya çağırılan çağırışçı həmkarını güllələyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cinayət işi açılan çağırışçı hadisəni təsadüfət törətdiyini bildirib.
Bunu bazar ertəsi, aprelin 17-də RBC Qərb Hərbi Dairəsi üzrə İstintaq Komitəsinin hərbi istintaq idarəsinə istinadən xəbər verir. Verilən xəbərlərə görə, cinayət işi hələ başa çatmayıb və istintaq hərəkətləri sirr olduğu üçün açıqlanmır. Qeyd edək ki, hadisə aprelin əvvəllərində Sudjanski rayonunun kəndlərindən birində baş verib. Belə ki, Tatarıstandan olan 20 yaşlı çağırışçı ehtiyatsızlıqdan Kalaşnikov avtomatından 18 yaşlı Kabardin-Balkar vətəndaşını öldürüb.
Daha əvvəl bildirilib ki, səfərbər olan iki nəfər xüsusi hərbi əməliyyat zonasına getməkdən imtina etdiklərinə görə üç il müddətinə azadlıqdan məhrum ediliblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB