Bir sıra Avropa ölkələri, o cümlədən Macarıstan və Serbiya Türkiyədə yaradılan qovşaq vasitəsilə qaz almaqda maraqlıdır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 17-də NTV telekanalının efirində Türkiyənin Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz danışıb.
Nazirin sözlərinə görə, Ankaranın mərkəzin yaradılması təklifini ilk olaraq Bolqarıstan dəstəkləyib. Belə ki, ilin əvvəlində artıq ora maye qazın tədarükünə başlanılıb.
Bundan əlavə, Şimali Makedoniya türk qazını almağa hazır olduğunu açıqlayıb. Amma onunla danışıqlar hələ də davam edir.
“Biz Rumıniya ilə də son dərəcə müsbət nəticələr əldə etmişik, bu ölkə çoxdan bizim vasitəmizlə qaz almaq istəyir... Macarıstan, Serbiya və Bosniya və Herseqovina da qaz almaq istəklərini bildiriblər”
SİA-nın rus saytlarının yazdığına görə, bunu Türkiyənin Energetika Nazirliyinin rəhbəri bildirib.
Qeyd edək ki, Dönməzin dediyinə görə, Türkiyə əldə edəcəyi 100 milyard kubmetr qazın yalnız 40 milyard kubmetrini arxayınlıqla sata bilər.
Onu da bildirək ki, daha əvvəl Energetika Nazirliyi Türkiyənin bir il ərzində qaz qovşağı layihəsini həyata keçirməyi planlaşdırdığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB