Pentaqon ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlarda iştirakını inkar edir

Pentaqon ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlarda iştirakını inkar edir

Pentaqon ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmədiyini deyir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə aprelin 17-də “Washington Examiner”ə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynada döyüş bölmələri yoxdur, ABŞ ordusu Rusiya qoşunlarına qarşı heç bir hərbi əməliyyat keçirmir.

“Biz 100 faiz diqqətimizi Ukraynanı dəstəkləməyə və ölkəni qorumaq üçün lazım olan təhlükəsizlik yardımı ilə təmin etməyə cəmləşmişik”-deyə Pentaqon rəsmisi bildirib.

Eyni zamanda, Rayder qeyd edib ki, Birləşmiş Ştatlar Kiyevdəki səfirliyində kiçik hərbi mövcudluq saxlayır. Amma bu qüvvələr orada hərbi attaşenin ofisindədir və döyüş əməliyyatlarında iştirak etmirlər.

Xatırladaq ki, Fransa parlamentindəki “Milli mitinq” siyasi partiyasının lideri Marin Le Pen hesab edir ki, Ukrayna NATO-nun köməyi olmadan Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO ölkələrinin faktiki olaraq Kiyev rejiminin tərəfində vuruşduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə