Pentaqon ABŞ-ın Ukraynadakı əməliyyatlarda iştirakını inkar edir

Pentaqon ABŞ-ın Ukraynadakı əməliyyatlarda iştirakını inkar edir

Amerikalı hərbçilər Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirak etmir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder “Washington Examiner” qəzetinə müsahibəsində deyib.

“ABŞ-ın Ukraynada hərbi birləşməsi yoxdur. Biz Rusiya ordusuna qarşı heç bir hərbi əməliyyat aparmırıq. Birləşmiş Ştatlar bütün diqqətini Ukraynaya dəstəyə və təhlükəsizlik sahəsində lazım olan yardımlara yönəldib”, - deyə Patrik Rayder bildirib.

Bir müddət öncə Pentaqon ABŞ Silahlı Qüvvələrinin və bəzi NATO üzvlərinin xüsusi təyinatlı qüvvələrinin Ukrayna ərazisində olması barədə yayılan məlumatları cavabsız qoymuşdu. İnternetə sızan məlumatlara görə, bir neçə ay öncə Ukraynada NATO-nun 97 hərbçisi, o cümlədən 14 amerikalı əsgər fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə