Bakı kəndinin “Vaqner PMC” qəbiristanlığında ölü sayı artır

Bakı kəndinin “Vaqner PMC” qəbiristanlığında ölü sayı artır

Beləliklə, Krasnodar diyarının Bakı kəndinin “Vaqner PMC” adlanan qəbiristanlığında bir ay ərzində yüzə yaxın yeni qəbir peyda olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiyanı tərk etmiş “Tituşki Krasnodar” teleqram kanalının müəllifi, istefada olan hərbi təqaüdçü Vitali Votanovski yayıb.

Yeri gəlmişkən, SİA bir müddət bundan əvvəl Krasnodar diyarında yerləşən Bakı (stanitsası) kəndi ilə bağlı az da olsa ələ etdiyi məlumatı oxucularına çatdırmışdı.

Təbii ki, bu günkü mövzu əvvəlki kimi, yenə də Bakı (stanitsası) kəndinin qəbiristanlığında ölü sayının artması ilə bağlıdır. Qeyd edək ki, fəalların sözlərinə görə, əgər martın 19-da məzarlıqda 570 qəbir var idisə, indi onların sayı 668-ə çatıb.

Bu yaxınlarda dəfn olunanlar arasında şəxsi məlumatları səs-küylü cinayət işlərində təqsirləndirilən şəxslərin məlumatları ilə üst-üstə düşən muzdlular da var.

Məsələn, dəfn edilənlər arasında Anton Yuryeviç Filinin də adı var. Yeri gəlmişkən, muzdlunun adı, soyadı və atasının adı 2017-ci ildə soyğunçuluq və adam öldürmə ittihamı ilə ciddi rejimli koloniyada 15 il müddətinə məhkum edilmiş şəxslərlə üst-üstə düşür.

Belə ki, Filin 750 rubl məbləğində pulu ələ keçirmək üçün əlbir olan şəxslərlə birgə hücum edib dostunun boğazını kəsib və öldürənə qədər döymüşdü.

Bu yaxınlarda Bakı kəndindəki qəbiristanlıqda dəfn edilənlər arasında Oleq Stanislavoviç Ledovski də var. O, 2018-ci ildə Kaluqa vilayətinin məhkəməsi tərəfindən xüsusi rejimli koloniyada 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Dəfn edilən digər muzdlu Karomatullo Raxmatoviç Tilabevdir. Onun tam adaşı əvvəllər quldurluq, qeyri-qanuni miqrasiyanın təşkili və saxta sənədlər hazırlamaqda təqsirli bilinib. 2018-ci ildə isə məhkəmə Tilaboyevi qətl və oğurluqda ittiham etmişdi.

Qeyd edək ki, SİA-nın Bakı kəndi ilə bağlı əvvəlki yazısında sakinlərin bu kimi şəxslərin yerli qəbristanlıqda dəfninə etirazları ilə bağlı idi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə