Afrika liderləri vasitəçilik etmək üçün Sudana gedəcək

Afrika liderləri vasitəçilik etmək üçün Sudana gedəcək

Şərqi Afrika blokunun Hökumətlərarası İnkişaf Təşkilatı (İGAD) üç dövlət başçısını vasitəçilik etmək üçün Sudana göndərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Sudan gündəmi ilə bir araya gələn İGAD-a üzv ölkələr, Keniya, Cənubi Sudan və Cibuti liderlərini ordu ilə Çevik Reaksiya Qüvvələri (HDK) arasındakı qarşıdurmalara son qoymaq səyləri üçün yaxın zamanda paytaxt Xartuma göndərməyə qərar veriblər.

Nümayəndə heyətinin nə vaxt yola düşəcəyi məlum olmasa da, paytaxtda qarşıdurmalar hələ də davam edir.

Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd də Sudana gedəcəyini açıqlayıb.

Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və müxtəlif şəhərlərdə Sudan ordusu ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar baş verib.
Davam edən silahlı toqquşmalar nəticəsində ölənlərin sayının isə 100-ə çatdığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə