"ABŞ Rusiyada kəşfiyyat aparmaq cəhdindən heç vaxt əl çəkməyib"

"ABŞ Rusiyada kəşfiyyat aparmaq cəhdindən heç vaxt əl çəkməyib"

Birləşmiş Ştatlar Rusiyada kəşfiyyat fəaliyyəti aparmaq cəhdindən heç vaxt əl çəkməsələr də, lakin Rusiya kəşfiyyat orqanları onlara qarşı həmişə uğurla müqavimət göstəriblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aprelin 17-də Kremlin sözçüsü Dmitri Peskov danışıb.

Brifinq zamanı Rusiya prezidentinin mətbuat katibindən Kremlin “Amerika kəşfiyyat xidmətlərinin Rusiya strukturlarına nüfuz etmə səviyyəsindən” narahat olub-olmaması ilə bağlı sual ünvanlanıb.

Peskov cavabında qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyada kəşfiyyat fəaliyyəti aparmaq cəhdlərindən heç vaxt əl çəkməyib, lakin Rusiya xüsusi xidmət orqanları həmişə bu cür cəhdlərin qarşısını uğurla alıblar.

Peskovun dediyinə görə, Rusiyanın xüsusi xidmət və əks-kəşfiyyat bölmələri öz funksiyalarını yerinə yetirirlər. Birləşmiş Ştatlar heç vaxt bu işdən əl çəkməyib və Rusiya ilə kəşfiyyat fəaliyyəti həyata keçirməyə cəhd göstərməyib. Bu, bizim tərəfimizdən müvafiq etirazla qarşılaşır. Belə olan halda bizim xüsusi xidmət orqanları öz işini görür.

Xatırladaq ki, bir müddət əvvəl Dmitri Peskov Pentaqonun məxfi materiallarının sızması ilə bağlı təhqiqatı şərh edərkən demişdi ki, bu, Amerika kəşfiyyat xidmətlərinin preroqatividir. Bu vəziyyətdə Rusiya strukturlarının vəzifəsi İnternetə sızan sənədlərin ətraflı təhlilidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə