İspaniya Sudandakı səfirliyini bağlayıb

İspaniya Sudandakı səfirliyini bağlayıb

İspaniya Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında aprelin 15-də başlayan qarşıdurmalara görə paytaxt Xartumdakı səfirliyini müvəqqəti bağladığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, İspaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada "Minimum təhlükəsizlik şərtlərinə əməl oluna bilmədiyi üçün İspaniyanın Xartumdakı səfirliyi növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Çölə çıxmaqdan imtina edin və evdə qalın"- deyilib.
Xatırladaq ki, aprelin 16-da səhər saatlarında Sudanın paytaxtı Xartum və müxtəlif şəhərlərdə Sudan ordusu ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı bölgədəki qarşıdurmalarda ən azı 83 nəfərin öldüyünü, 1126 nəfərin yaralandığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə