İtaliya təhlükəsizlik qüvvələri Aralıq dənizinin ortasında qalan paketləri toplayıb. Paketlərdə təxminən 2 ton kokain olduğu bildirilib. İtaliya Maliyyə Polisi qrupları Siciliya adasının şərqində, Aralıq dənizində qalan paketlərdə təxminən 2 ton kokain ələ keçirib. SİA xarici mətbuata istinadən bildirir ki, Kataniya əyalətinin maliyyə polis qrupları müntəzəm yoxlanış zamanı dəniz səthində işıq siqnalı verən cihazın olduğunu müşahidə etdikdən sonra əraziyə baxış keçirib.
Əməliyyat nəticəsində paketlərdə 2 ton kokain olduğu müəyyən edilib.
Bağlamaların suda batmayan, xüsusi paketlərdə olduğu bildirilir. Üstündəki siqnal cihazı sayəsində gecə paketlərin gizlincə gəmiyə yüklənməsi planlaşdırılırdı.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB