Rusiya prezidenti Vladimir Putin Moskvada Çinin müdafiə naziri Li Şanqfu ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edib.
Bildirilib ki, Çinin müdafiə naziri Şanqfu və Rusiya prezidenti Putin hərbi-texniki əməkdaşlığı müzakirə ediblər. Görüş zamanı açıqlama verən Putin, “Ölkələrimiz arasında münasibətlər bütün sahələrdə, o cümlədən iqtisadiyyat, sosial, mədəniyyət və təhsil sektorlarında çox yaxşı inkişafdan xəbər verir. Bununla belə, biz də hərbi hissələrimiz vasitəsilə fəal işləyir, mütəmadi olaraq faydalı məlumatlar paylaşır, hərbi-texniki sahədə əməkdaşlıq edir və birgə təlimlər keçiririk” deyib.
Putindən sonra danışan Şanqfu hərbi əməkdaşlığın beynəlxalq və regional təhlükəsizliyə töhfə verdiyini ifadə edərək, “Son zamanlar Rusiya ilə Çin arasında hərbi-texniki sahədə əməkdaşlıq çox yaxşı inkişaf edir. Bu, qlobal və regional təhlükəsizliyə böyük töhfə verir. Ölkələrimiz arasında əlaqələr 70 ildən artıqdır ki, davam edir və günü-gündən möhkəmlənir. Təbii ki, bunda liderlik diplomatiyası əsas rol oynayır” deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB