Sudandakı qarşıdurmalarda ölənlərin sayı 83-ə çatıb

Sudandakı qarşıdurmalarda ölənlərin sayı 83-ə çatıb

Sudanda qarşıdurmalar səngimək bilmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmalarda həyatını itirənlərin sayı 83-ə yüksəlib.

1126 nəfərin yaralandığı müharibədən çəkilən görüntülərdə küçələrdə cəsədlərin tapıldığı görülüb.

Ümumdünya Səhiyyə Təşkilatı ən azı 83 nəfərin öldüyünü, 1126 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, ən şiddətli toqquşmalar Xartumda baş verir.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə