Brazilya prezidenti ABŞ-a mesaj verdi

Brazilya prezidenti ABŞ-a mesaj verdi

Braziliya prezidenti Lula da Silva Çin dövlətinə səfər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səfər zamanı o, Çin rəsmiləri ilə danışıqlar aparıb. Lula görüşlərini başa vurduqdan sonra mətbuat mənsublarının suallarını cavablandırıb.

Ukrayna-Rusiya müharibəsində sülhü təşviq edəcək bir qrup dövlətin formalaşması lazım olduğunu bildirən Lula da Silva bu ifadələri işlədib: "Sülh üçün yol tapmaq istəyən ölkələr qrupu yaratmaq lazımdır. Rusiya prezidenti Putinlə danışmaq səbr tələb edir, Ukrayna prezidenti Zelenski ilə də danışmaq səbr tələb edir. Lakin hər şeydən əvvəl silah verən və müharibəni təşviq edən ölkələri dayandırmaq lazımdır. Yəni, müharibəni təbliğ etmək üçün ABŞ dayanmalıdır. O, sülhdən danışmağa başlamalıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə