İran komandiri 13 il azadlıqdan məhrum edildi

İran komandiri 13 il azadlıqdan məhrum edildi

İran komandiri Ukrayna sərnişin təyyarəsini vurduğuna görə 13 il azadlıqdan məhrum edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bazar günü Tehran məhkəməsi 2020-ci ildə Ukrayna Hava Yollarına məxsus 752 saylı təyyarənin vurulmasında 10-a yaxın iranlı hərbçini təqsirli bilib.

Fəlakətdə yaxınlarını itirən ailələr İran hakimiyyətinin həqiqi günahkarları həbs etmədiyini düşünür.

Məhkəmədə əsas şübhəli şəxs təyyarəni vuran və 176 sərnişinin hamısını öldürən Tor M1 yer-hava raketdən müdafiə sisteminin komandiri olub. "Mehr"in məlumatına görə, komandir 13 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, komandirin adı açıqlanmır.

Tehran məhkəməsi bazar günü yekun qərarında bildirib ki, sərnişin təyyarəsi "insan səhvi" nəticəsində vurulub.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə