ABŞ Suriyada İŞİD döyüşçülərinə qarşı reyd keçirir

ABŞ Suriyada İŞİD döyüşçülərinə qarşı reyd keçirir

Bazar günü ABŞ qüvvələri Suriyanın şimal-qərbində İŞİD döyüşçülərinə qarşı reyd keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatda 3 nəfər həlak olub. Rəsmi məlumata görə, ABŞ-ın itkisi olmayıb.

ABŞ Mərkəzi Komandanlığının ("CENTCOM") sözçüsü Co Buccino vəziyyətlə bağlı verdiyi açıqlamada "İŞİD-in Suriya, Yaxın Şərq və Avropada terror hücumlarının planlaşdırılmasında cavabdeh olan, yüksək rütbəli lideri öldürülüb" deyə bildirib.

Hərbçilər liderin Avropa və Türkiyədə hücumların planlaşdırılmasında və İŞİD-in liderlik şəbəkəsinin inkişafında böyük rol oynayan Xalid Aydd Əhməd Əl-Cəburi olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ Suriyada İŞİD militanlarıyla mübarizə aparmaq üçün 900-ə yaxın hərbçi saxlayır.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə