Quşlarla "toqquşan" təyyarə geri dönməli olub

Quşlarla "toqquşan" təyyarə geri dönməli olub

Tobolskdan Sankt-Peterburqa uçan “Rossiya Hava Yolları”na məxsus “Sukhoi Superjet 100” təyyarəsi havada quşlarla "toqquşması" səbəbindən geri qayıtmalı olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ural Nəqliyyat Prokurorluğu öz Telegram kanalında xəbər yayıb.

Qeyd edək ki, təyyarədə 5-i uşaq, o cümlədən 5 ekipaj üzvü olmaqla 73 sərnişinin olduğu qeyd edilir. Nəticədə eniş uğurlu alınıb, lakin texniki vəziyyəti qiymətləndirmək üçün təyyarə uçuşlardan kənarlaşdırılıb. Ehtiyat təyyarə aprelin 17-də yerli vaxtla saat 02:00-da yola düşməlidir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə