Braziliya prezidenti bu dəfə də yeni bir təkliflə gəlib

Braziliya prezidenti bu dəfə də yeni bir təkliflə gəlib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ukraynadakı vəziyyəti müzakirə etmək üçün G20-yə (G20) oxşar format yaratmağı təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “RİA Novosti” sitat gətirir.

O, dünya ictimaiyyətinin iqtisadiyyatı xilas etmək üçün bu formata üz tutduğu 2008-ci ilin iqtisadi böhranını xatırladıb. "İndi müharibəni bitirmək və sülhü bərqərar etmək üçün daha bir G20-nin yaradılması vacibdir" dedi Braziliya lideri.

Qeyd edək ki, bundan əvvəl Lula da Silva BRİKS ölkələri qrupuna (Braziliya və Çindən əlavə Rusiya, Hindistan və Cənubi Afrikanı da əhatə edir) dolların hökmranlığına son qoymağa və ticarətdə istifadə üçün öz alternativ valyutasını inkişaf etdirməyə çağırmışdı.

“Kim qərar verdi ki, valyutalarımız zəifdir və başqa ölkələrdə heç bir dəyəri yoxdur? Qızıl standartı ləğv edildikdən sonra dolların əsas valyutaya çevrilməsinə kim qərar verdi?”.

Bunu da Braziliya rəhbəri sual kimi qoymuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə