"Rusiya Ukraynanı müharibədən sonra bərpa etmək üçün pul ödəməlidir"

"Rusiya Ukraynanı müharibədən sonra bərpa etmək üçün pul ödəməlidir"

ABŞ hesab edir ki, Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan Rusiya Federasiyası ölkənin zədələnmiş infrastrukturunun bərpası üçün pul ödəməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-ın maliyyə naziri Janet Yellen CNN-ə bildirib ki, Vaşinqton müttəfiqləri ilə Rusiyanın dondurulmuş aktivlərinin bu məqsədlə istifadəsinə qoyulan qanuni məhdudiyyətlərdən necə yan keçməyi müzakirə edir.

“Düşünürəm ki, dünya ictimaiyyəti Rusiyanın bu məsuliyyəti öz üzərinə götürməsini gözləyir. Bu, tərəfdaşlarımızla müzakirə etdiyimiz bir məsələdir, lakin dondurulmuş Rusiya aktivləri ilə nə edə biləcəyimizə dair qanuni məhdudiyyətlər var”.

Janet Yellen deyib bunu.

Bu arada ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib ki, Vaşinqton Ukraynada genişmiqyaslı müharibə zamanı dağılmış infrastrukturun bərpasını maliyyələşdirmək üçün Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə etməyi düşünür.

Xüsusilə, söhbət Rusiya Mərkəzi Bankının bloklanmış 300 milyard dollarının cəlb edilməsindən gedir.

Avropa İttifaqı həmçinin blokun dondurulmuş valyuta ehtiyatlarından istifadənin hüquqi variantlarını araşdırır. Xüsusilə, onlar bu aktivlərə investisiya qoymaq və onlardan əldə olunan gəlirləri Ukraynanın bərpasını maliyyələşdirmək üçün yönəltmək variantını nəzərdən keçirirlər.

Maraqlıdır ki, Avropa Komissiyası buradan 2,6 faiz gəlir gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə